AZ

54 yaşlı kişini ilan sancdı - Vəziyyəti ağırdır

 Axşam saatlarında Şəki rayonunun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Zamanovu yaşadığı evin həyətyanı sahəsində sağ əlindən ilan sancıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisədən sonra Cəlil Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ona ilkin tibbi yardım göstərilib, ilk növbədə  ilan zəhərinə qarşı zərdab vurulub.

Həkimlər Cəlil Zamanovun vəziyyətini ağır qiymətləndirir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
30
bizim.media

1Mənbələr