NATO ölkələri Ukraynanın mümkün məğlubiyyətini qəbul edə bilməz, çünki bu ölkəyə artıq çoxlu resurs yatırılıb...
Poliqon xəbər verir ki, bu fikirləri amerikalı iqtisadi analitik və proqnozçu Martin Armstronq YouTube-da yayımlanan Dialogue Works kanalına müsahibəsində bildirib.
Armstronqun sözlərinə görə, Şimali Atlantika Alyansı gələcəkdə öz hərbi qüvvələrini Ukraynaya göndərə bilər. O qeyd edib ki, NATO bundan əvvəl də bloka üzv olmayan ölkələrə hərbçi yerləşdirib — misal olaraq Kosovo göstərilir.
Ekspertin fikrincə, Avropa ölkələri ABŞ-a təzyiq göstərməkdə davam edir və bu, Vaşinqtonun Rusiya ilə bağlı daha düşmənçilik dolu siyasət aparmasına səbəb olur.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu açıqlamışdı ki, NATO-nun planlarına əsasən, Moldovanın vətəndaşları Rusiya ordusuna qarşı döyüşlərdə “top yemi”nə çevrilə bilər.
SVR-in məlumatında qeyd olunurdu ki, Moldova prezidenti Maya Sandu və onun komandası respublikanı NATO qüvvələrinin əlinə vermək istəyirlər ki, onlar ölkəni “Rusiya ilə toqquşdursunlar”. Bildirilir ki, bu ssenarinin həyata keçməsi Moldova üçün “sonun başlanğıcı” ola bilər.
Poliqon.info