Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən E.Bаyrаmоvun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxs və E.Bаyrаmоvun ərizələri qəbul olunub. Hər iki şəxsin barışması və onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, Qax Rayon Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli hökmü ləğv edilib. Təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilib və E.Bаrаmоv cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 28 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu ərazisində yerləşən atasına məxsus marketin qarşısında qeydə alınıb.
Belə ki, E.Bаyrаmоv “E-manat” ödəmə terminalının yanında dayanmış zərərçəkmiş O.Əliyevə yaxınlaşaraq guya sonuncunun nalayiq söyüş söyməsini bəhanə edib. O, xuliqanlıq niyyəti ilə marketin qarşısında zərərçəkmiş şəxslə sözlə mübahisə edib. Daha sonra mübahisənin davamı olaraq O.Əliyevi marketin yanına aparıb, orada zərərçəkmiş şəxsin ayaqlarından əlləri ilə tutub yuxarı qaldırıb asfalt betona çırpıb. Nəticədə E.Bayramov qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib.
Qax Rayon Məhkəməsinin hökmü ilə оnа 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilmişdi.
Qeyd: E.Bаyrаmоv Vətən mühаribəsində iştirаk edib və “Füzulinin аzаd оlunmаsınа görə” medаlı ilə təltif edilib.
Kamal Məmmədov