AZ

Səudiyyə Ərəbistanı Fransanın Fələstini tanımaq qərarını tarixi addım kimi dəyərləndirib

Səudiyyə Ərəbistanı Fransanın Fələstin Dövlətini tanımaq niyyətini “tarixi” qərar kimi alqışlayıb və digər ölkələri də oxşar addım atmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Nazirlik Fransanın bu qərarının beynəlxalq ictimaiyyətin fələstinlilərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı konsensusunu təsdiqlədiyini vurğulayıb.

“Krallıq hələ də Fələstin Dövlətini tanımayan bütün ölkələri bu istiqamətdə müsbət addımlar atmağa çağırır”, – deyə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyan edib.

Qeyd edək ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstin Dövlətini rəsmi olaraq tanıyacağını açıqlayıb.

Bundan əvvəl, iyulun 6-da BRİKS ölkələrinin birgə bəyanatında qeyd olunub ki, Qəzza zolağı və İordan çayının qərb sahilindəki Fələstin əraziləri mərkəzləşdirilmiş idarəetməyə malik vahid dövlət formasında birləşdirilməlidir.

Sənəddə həmçinin Qəzzanın işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsi olduğu vurğulanıb və fələstinlilərin müstəqil dövlət qurmaq da daxil olmaqla öz müqəddəratını təyin etmək hüququ bir daha təsdiqlənib.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr