AZ

ABŞ Braziliya prezidentinə qarşı çevriliş hazırlaya bilər...

Braziliya kəşfiyyatı hesab edir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) prezident Luis İnasio Lula da Silvaya qarşı çevriliş hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə "Vero Notícias" nəşri Braziliya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin iddiasına görə, 2022-ci ilin sonunda Lula da Silvaya qarşı çevriliş cəhdinə görə sabiq prezident Jair Bolsonaronun mühakimə olunması getdikcə daha çox siyasi motivli təqib kimi təqdim edilir və bu prosesin arxasında Vaşinqtonun dəstəyi olduğu düşünülür.

Adının açıqlanmasını istəməyən braziliyalı diplomatlar bildiriblər ki, ABŞ-ın Braziliyadan idxal edilən məhsullara 50%-lik gömrük rüsumu tətbiq etməsi ölkə iqtisadiyyatını zəiflətmək və daxili sabitliyi pozmaq məqsədi daşıya bilər.

İyulun 19-da Lula da Silva bəyan etmişdi ki, ABŞ-ın digər ölkələrin daxili işlərinə müdaxiləsi həmin dövlətlərin suverenliyini və qarşılıqlı hörmət prinsiplərini pozur.

Bu bəyanata səbəb ABŞ-ın Braziliya Ali Federal Məhkəməsinin hakimlərinə qarşı viza məhdudiyyətləri tətbiq etməsi olub. Sanksiyalar sabiq prezident Jair Bolsonaronun 2022-ci ilin sonunda dövlət çevrilişinə cəhd etməsi ilə bağlı davam edən istintaqla əlaqələndirilir.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr