AZ

Serbiya xaricdə saxlanılan qızıl ehtiyatını ölkəyə qaytaracaq

Bakı. Trend:

Serbiya xarici ölkələrdə saxlanılan qızıl ehtiyatlarını özərazisinə qaytarmaq qərarına gəlib.

Trend xəbər verirki, bu barədə Serbiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Belqrad bu addımı böhranlı dövrlərdə stratejiehtiyatların təhlükəsizliyini təmin etmək məqsədilə atır. Bununlada Serbiya, Şərqi Avropada qızıl ehtiyatlarını İsveçrə, BöyükBritaniya və ABŞ kimi ənənəvi mərkəzlərdə saxlamayan ilk ölkəolacaq.

Qeyd olunur ki, Serbiyanın ümumi qızıl ehtiyatı 50,5 ton təşkiledir. Bu həcmin təxminən altı milyard dollar dəyərində olduğubildirilir. 2024-cü ildə əldə olunmuş və hələ İsveçrədə saxlanılanbeş ton istisna olmaqla, qızıl ehtiyatlarının qalan hissəsi artıqBelqraddadır.

Seçilən
52
az.trend.az

1Mənbələr