AZ

Patruşev: Böyük Britaniya Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqları pozmağa çalışır...

Böyük Britaniya Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda yeni başlanan danışıqları pozmağa və Vaşinqtonu Kiyevə maliyyə və hərbi yardımı davam etdirməyə inandırmağa çalışır...

Poliqon xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev RIA Novosti agentliyinə açıqlama verib.

Patruşevin sözlərinə görə, “hazırda söhbət İngiltərənin iki ən böyük nüvə dövləti olan RusiyaABŞ-ı bir-birinə qarşı qoymağa cəhd etməsindən gedir. Məqsəd – danışıqlar prosesini pozmaqdır”, – deyə o bildirib.

Rusiya prezidentinin köməkçisi vurğulayıb ki, Böyük Britaniya Vaşinqtonu inandırmağa çalışır: Kiyev rejiminə yardım göstərmək Ukraynadakı münaqişənin həlli üçün yeganə yoldur.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Pigott bəyan etmişdi ki, Vaşinqton MoskvaKiyevi birbaşa danışıqları davam etdirməyə və atəşkəsin tam bərpası üçün sülh yolunda hərəkət etməyə çağırır.

Qeyd edək ki, iyulun 23-də Rusiya və Ukrayna İstanbulda birbaşa danışıqların üçüncü raundunu keçiriblər. Görüş nəticəsində “1200-ə 1200” formatında saxlanılan şəxslərin mübadiləsi barədə razılıq əldə olunub və Moskva üç işçi qrupun yaradılmasını təklif edib. Danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, tərəflərin memorandum layihələri üzrə mövqeləri hələ də ciddi şəkildə fərqlənir.

Poliqon.info

Seçilən
77
poliqon.info

1Mənbələr