AZ

Məhkəmə həmyerlisinin ailəsinin gözləri qarşısında güllələyən şəxslə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, qanunsuz olaraq silah saxlamada və qanunsuz olaraq silah hazırlamada təqsirləndirilən Binnət Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilib və həmin maddə ilə bəraət verilib. Apellyasiya protesti qismən təmin olunub. Beyləqan Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 4 ilə qaldırılıb.

 

İttihama görə, Binnət Məlikov qanunsuz olaraq əldə etdiyi ov tüfəngini götürərək 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində zərərçəkmiş Maqsud Beyrəkovun (adı, soyadı şərtidir) yaşadığı evinin qarşısına gedib. O, əvvəllər aralarında baş vermiş mübahisəyə görə zərərçəkmiş şəxsin ondan üzr istəməsini tələb edib. Maqsud isə ondan üzr istəməyəcəyini bildirib. Sonra o, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, onun yaxın qohumları - arvadı, qızı, azyaşlı oğlu, azyaşlı qızının gözləri qarşısında ov tüfəngi ilə Maqsudun sağ ayağından nişan alıb qəsdən bir dəfə atəş açıb. Zərərçəkmiş şəxs sağ baldır nahiyəsində xəsarət alıb.

 

Hadisədən sonra Binnət Məlikov saxlanılaraq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 25 İyul 2025, 08:13   
Seçilən
85
3
pravda.az

4Mənbələr