AZ

Çin kosmik lazer silahı yaratmağa yaxınlaşıb

Çinin Xəfey Fizika Elmləri Tədqiqat İnstitutu dünyada ən böyük diametrli BGSe (barium selenoqallat) kristalını hazırlayıb...

Poliqon xəbər verir ki, diametri 60 mm olan bu kristalın əsasında orbitdəki peykləri vura bilən lazer silahı yaradılması mümkündür. Bu barədə məlumatı "South China Morning Post" (SCMP) yayıb.

Yeni kristal kvadrat santimetrə 550 meqavat gücündə lazer şüalanmasını daşıya bilir. Bu, hərbi təyinatlı digər mövcud kristalların müqavimət göstərə bildiyi həddən xeyli yüksəkdir. SCMP-nin qeyd etdiyinə görə, alimlər illərdir yönəldilmiş enerji silahlarının öz-özünə zədələnməsi problemini həll etməyə çalışırdılar. Məhz bu səbəbdən lazerlərin gücü və təsir məsafəsi məhdudlaşdırılırdı.

Kristalı hazırlayan alimlər qrupuna professor U Haysin rəhbərlik edib. Alimlərin fikrincə, bu cür kristalların tətbiqi ilə raketləri izləyə bilən infraqırmızı sistemlər və təyyarələrin identifikasiyası üçün texnologiyalar hazırlanacaq. Bundan başqa, yeni nəsil tibbi diaqnostik avadanlıqların inkişafında da bu kristallardan istifadə etmək mümkün olacaq.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr