AZ

Rusiyaya vurulan zərbə Qafqaza sıçradı Putin sərt cavab verə bilər

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İyulun 24-də Ukrayna Silahlı Qüvvələrinin ilk dəfə olaraq pilotsuz uçuş aparatları ilə Gürcüstanın işğal altında olan qondarma Abxaziya Respublikasının ərazisinə hücum etdiyinə dair məlumatlar yayılıb. Kiyevin sadəcə Rusiyaya məxsus hərbi hədəfləri vurduğu bildirilir. Bu, Moskva ilə davam edən müharibədə qarşıdurmanın Qafqaza ilk təması kimi dəyərləndirilir. Beləliklə, daha əvvəl iki ölkənin ərazisi və sərhəd bölgələrində aparılan döyüşlərin genişmiqyaslı hal ala biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir.

Ukrayna ordusu Rusiyanın qonşu ölkələr və kənar ərazilərdəki bölmələrinə daha böyük hücumlar təşkil edə bilərmi? Moskvanın Abxaziyaya hücuma reaksiyası necə olacaq?

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Abxaziyanı yalnız bir neçə ölkə tanıdığı üçün Ukrayna hücumla etsə də, rahatdır:

“Lakin Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan və ya Rusiyanı dəstəkləyən hər hansı ölkə Ukraynanın belə hücumunu gözləmir. Məsələn, Belarus Abxaziyadan fərqli olaraq, Ukrayna ilə birbaşa həmsərhəddir. Lakin buna baxmayaraq, bu bölgəyə hücum edilmir və ehtimal olunur ki, gələcəkdə də olmayacaq. Çünki bu halda Kiyev ikinci cəbhə açmış olacaq. Hazırda Ukrayna faktiki olaraq yalnız Rusiya ilə müharibə aparır. Abxaziya Rusiya başda olmaqla yalnız 3-4 ölkə tərəfindən tanınır. Fikrimcə, Ukraynanın son addımı öz arealını genişləndirmək məqsədini güdür. Onun Abxaziyaya qarşı hər hansı bir hərbi əməliyyat həyata keçirməsi, əslində sadəcə təbliğat xarakteri daşıyacaq. Abxaziyaya dronla zərbə vurmaqla heç bir ciddi nəticə əldə etmək mümkün deyil. Lakin bu, yenə də Ukraynanın Rusiyanın müttəfiqlərini hədəf aldığı və Abxaziyanın da onlardan biri olduğunu nümayiş etdirəcək. Belə vəziyyət isə Kremlin Abxaziyanı qorumaqda nə qədər aciz olduğunu göstərərək, müəyyən bir ajiotaj yaradacaq və nəticədə Rusiya üzərində daha çox təzyiq formalaşacaq. Bu, Moskvanın nüfuzuna növbəti zərbədir”.

Politoloq qeyd edib ki, Rusiyanın hədəflərinin, arealının vurulması onun əlçatan olması anlamına gəlir:

“Ukraynanın əsas məqsədi Rusiyaya həm maddi, həm siyasi, həm iqtisadi baxımdan maksimum dərəcədə zərbə vurmaqdır. Bu, dünyaya Kiyevin müqavimətinin davamlı olduğunu və ölkənin heç bir halda geri çəkilmədiyini göstərmək üçün bir fürsət yaradır. Moskvanın Abxaziyaya hücuma reaksiyası isə sərt ola bilər. Çünki bu bölgə Rusiya üçün strateji və siyasi nöqteyi-nəzərdən əhəmiyyətlidir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
globalinfo.az

2Mənbələr