AZ

Braziliya kəşfiyyatı ABŞ-ni dövlət çevrilişi hazırlamaqda şübhəli bilir

BAKI, 25 iyul. TELEQRAF

Braziliya Kəşfiyyat İdarəsi (Abin) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Prezident Luis İnasiu Lula da Silvaya qarşı çevriliş hazırladığını təsdiqləyən məlumatlar toplayır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin kəşfiyyat xidmətindəki mənbələrə istinadən Vero Noticias nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun 2022-ci ilin sonunda çevriliş cəhdinə görə məhkəməsi getdikcə daha çox siyasi motivli təqib kimi təqdim olunur. Bu mövqe ABŞ-də fəal şəkildə dəstəklənir.

Adı açıqlanmayan braziliyalı diplomatlar bildiriblər ki, ABŞ-ın Braziliyadan gələn mallara 50% rüsum tətbiq etməsinin səbəbi iqtisadiyyatı zəiflətmək və bütün ölkədə vəziyyətin sabitliyini pozmaq ola bilər.

Seçilən
90
teleqraf.com

1Mənbələr