AZ

Lerikdə yeniyetmə ehtiyatsızlıqdan 6 hektar sahəni yandırıb

Azərbaycanın Lerik rayonunda 6 hektar kol örtüyünün yanmasına iki ayrı ehtiyatsızlıq hadisəsi səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Təkyəband kəndində bir yeniyetmənin yandırdığı tonqal nəticəsində 2 hektar sahə yanıb. Yeniyetmə və onun valideyni profilaktik söhbət üçün polis bölməsinə dəvət olunub.

Durgan kəndində isə 46 yaşlı sakin Malik Mahmudovun atdığı siqaret kötüyü 4 hektarlıq sahənin yanmasına səbəb olub. Mahmudov barəsində inzibati protokol tərtib edilib.

Hər iki şəxs hadisə yerini tərk edib və yanğın barədə müvafiq orqanlara məlumat verməyib.

N.Təbrizli

Seçilən
54
39
anews.az

10Mənbələr