“Starlink” peyk internetində baş verən nasazlıq proqram təminatındakı problem səbəbindən yaranıb. Bu barədə şirkətin vitse-prezidenti Maykl Nikols cümə axşamı bildirib.
Onun sözlərinə görə, nasazlıq təxminən 2,5 saat davam edib və xidmətin fəaliyyəti böyük ölçüdə bərpa olunub.
Bundan əvvəl bir neçə ölkədə istifadəçilər “Starlink”lə bağlı bağlantı problemlərindən şikayətlənmişdilər. “Downdetector” platformasına əsasən, müraciətlərin 60%-i internetin zəif işləməsi, 40%-i isə tam kəsilməsi ilə bağlı olub.
ABŞ-da təxminən 63 min istifadəçi problem yaşadığını bildirib. Nasazlıqlar Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliyada da qeydə alınıb.
N.Təbrizli