AZ

“Crocus” terroru ilə bağlı YENİ DETALLAR

Məhkəmə-psixiatrik ekspertizasının nəticələrinə görə, "Crocus City Hall"da terror aktını törədən dörd nəfərin hər birinin ağlı başında olub.

Publika.az xəbər verir ki, bu barədə TASS cinayət işinin materiallarına istinadla məlumat yayıb.

“Şəmsiddin Fəriduni, Dalerchon Mirzoyev , Muhammadsobir Faizov və Saidokram Rachabalizoda cinayət törətdiyi vaxt psixi pozğunluqlardan əziyyət çəkməyiblər və öz əməllərinin ictimai təhlükəliliyini tam dərk ediblər”, - ekspertlərin rəyində deyilir.

Təqsirləndirilən şəxslər terrorçuluq cinayətləri törətməyə meyilli şəxslər olduqları üçün gücləndirilmiş nəzarət altında istintaq təcridxanasında saxlanılır.

Avqustun 4-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus”da terror aktı ilə bağlı cinayət işinə mahiyyəti üzrə baxmağa başlayacaq.

Seçilən
15
publika.az

1Mənbələr