Bakı. Trend:
“WhatsApp” messenceri istifadəçilərə xüsusi mesajlar üçünxatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdankeçirir.
Trend xəbər verirki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yeni funksiya tez-tez mesaj oxuyan, cavab verməyi təxirə salanvə ya vacib yazışmaları unudan istifadəçilər üçün nəzərdətutulub.
Funksiya necə işləyəcək?
İstifadəçi xatırlatma təyin etmək istədiyi mesajın üzərinə birmüddət basmalıdır.
Açılan menyuda “Mənə xatırlat” (Remind me) seçimi görünəcək.
Buradan 2, 8 və ya 24 saatlıq xatırlatma intervallarından biriseçilə bilər.
Funksiya aktiv olduqda, mesajın kənarında kiçik zəng işarəsipeyda olacaq.
Yeni imkanın Android və iOS üçün “WhatsApp” tətbiqinin betaversiyalarında sınaqdan keçirildiyi, yaxın aylarda isə stabilversiyaya əlavə olunacağı gözlənilir.