GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Avro yenidən manat qarşısında bahalaşıb. Belə ki, sözügedən valyutanın məzənnəsi 0,3 faiz artaraq 2,0016 manat təşkil edib. Bu, əhali arasında narahatlıq yaradıb. Mütəxəssislər valyuta bazarındakı vəziyyətlə bağlı müxtəlif proqnozlar irəli sürürlər. Bəzi iqtisadçılar yaxın vaxtlarda dolların da bahalaşa biləcəyini iddia edir, digərləri bunun qısa müddətdə baş verəcəyini real saymır.
Dolların aqibəti necə olacaq?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, uzun illərdir Azərbaycan manatın məzənnəsini dollara qarşı sabit saxlamağa çalışır.
O deyib ki, bu barədə iyulun 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçılar arasında keçirilən görüşdə suallar ünvanlanıb:
“Azərbaycanda hazırkı şəraitdə sabit məzənnə rejimi saxlanılır və dollar kursunda hər hansı bir dəyişiklik gözlənilmir. Mərkəzi Bank bunun üçün əlavə alətlərdən istifadə edir. Nəticə etibarı ilə hər hansı dəyişiklik planlaşdırılmır”.
Asif İbrahimov
İqtisadçı əlavə edib ki, hazırda prioritet istiqamətlərdən biri iqtisadiyyatı üzən məzənnəyə keçidə hazırlamaqdır:
“Üzən məzənnəyə keçid üçün müxtəlif sahələrdə, xüsusən də idxaldan asılılığımız davam edir. Bu səbəbdən Mərkəzi Bank yaxın zamanda belə bir addım atmayacaq. Odur ki, narahat olmağa əsas yoxdur. Avronun bahalaşması fonunda Azərbaycan manatı dollara qarşı mövqeyini qoruyur və bu siyasətin davam etdirilməsi nəzərdə tutulur”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.