Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp xarici yardım və ictimai yayımorqanlarına ayrılan dövlət xərclərini ümumilikdə 9 milyard dollarazaldan qanunu imzalayıb.
Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qanun daha əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənmiş və“müəyyən dövlət xərclərinin ləğvi”ni nəzərdə tutan müddəaları əhatəedir.
Sənədə əsasən:
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçünDövlət Departamentinə ayrılmış 7,9 milyard dollar,
Amerika İctimai Yayım Korporasiyası (CPB) üçün nəzərdə tutulan1,1 milyard dollar federal büdcəyə qaytarılacaq.
Qeyd olunur ki, bu məbləğ demək olar ki, NPR və PBS-nin ikiillik hökumət maliyyəsinə bərabərdir. NPR ABŞ-da 797radiostansiyanı, PBS isə bütün 50 ştatda 354 qeyri-kommersiyateleviziyasını əhatə edir.
Xatırladaq ki, Tramp iyunun 4-də Konqresə xarici yardım vəictimai yayım üçün maliyyənin ləğvini tələb edən müraciətgöndərmişdi.
Həmçinin qeyd edilir ki, ABŞ hökuməti sentyabrın 30-dək USAID-inxarici nümayəndəliklərini ləğv etməyi və onun proqramlarına birbaşaDövlət Departamenti vasitəsilə nəzarət etməyi planlaşdırır.