AZ

Patrik Andrade: Səfərdə daha bir yaxşı matç gözləyirik

BAKI, 25 iyul. TELEQRAF

“Yaxşı oyun oldu, 2 qol vurduq. Nəticədən razıyıq. Təkrar oyuna hazırlaşmaq üçün vaxtımız var”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.

Sabiq “Qarabağ”lı “Aris”i mübarizədən kənarlaşdırmağın asan olmayacağını vurğulayıb: “Çalışacağıq ən azı Bakıdakı kimi oynayaq. Səfərdə daha bir yaxşı matç gözləyirik”.

Yada salaq ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxşıvan” Bakıda “Aris”i (Yunanıstan) 2:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisinin qələbə topunu P.Andrade vurub.

Seçilən
99
2
teleqraf.com

3Mənbələr