BAKI, 25 iyul. TELEQRAF
Fransanın Sakit okean adalarında - Mata-Utu, Uollis və Futuna yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda yerləşən adalardan 175 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 314 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.