AZ

Fransa yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Fransanın xaricdəki kollektivinə daxil olan Mata-Utu, Uollis vəFutuna adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydəalınıb.

Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəziməlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, adalardantəxminən 175 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanlarınocağı isə 314 kilometr dərinlikdə olub.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.Rəsmilər ərazidə vəziyyəti izləməkdə davam edir.

Seçilən
26
az.trend.az

1Mənbələr