""SpaceX" "Starlink" peyk internetindəki genişmiqyaslı nasazlığı aradan qaldırmaq üçün hər cür səy göstərir".
Publika.az xəbər verir ki, bunu Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Biznesmenin sözlərinə görə, hadisə bütün dünyada on minlərlə istifadəçiyə təsir edib. Mask problemlə üzləşənlərin dəqiq sayını və pozuntuların coğrafiyasını açıqlamayıb.
"Xidmət qısa zamanda bərpa olunacaq. Kəsintiyə görə üzr istəyirik. Bunun bir daha baş verməməsi üçün şirkət əsas səbəbi müəyyən edəcək", - Mask yazıb.