Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
Digər qurumlar da bu təşəbbüsdən nümunə götürməlidirlər
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkənin müstəqil iqtisadçı ekspertləri ilə görüşüb. 3 saatdan çox çəkən görüşdə geniş fikir mübadiləsi olub. MB sədri ekspertlərin suallarını cavablandırıb. Məlumat üçün bildirək ki, görüşdən öncə AMB sədri Taleh Kazımov mətbuat konfransı keçirib. Görüşdə iştirak etmiş bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənov məlumat verib ki, Mərkəzi Bankın sədri ilə 13 ekspertin görüşü keçirilib. Ekspert vurğulayıb ki, budəfəki görüş ənənəni dəyişib:
"Əvvəllər il ərzində iki görüş olurdu. Bu görüş isə cari ildə artıq ikinci idi. Taleh Kazımov hər mətbuat konfransından sonra ekspertlərlə görüşü ənənəyə çevirməyi təklif etdi. Bu isə o deməkdir ki, ildə dörd görüş olacaq. Əvvəllər də qeyd etdiyim kimi, heç bir dövlət qurumu rəhbərinin bu cür görüşlər keçirməsi təcrübəsi yoxdur. Söhbət yalnız saydan da getmir. Əsas odur ki, görüşlər səmimi və açıq müzakirə şəraitində keçir. Baş bankir heç bir sualdan yayınmır, mövqeyini tam və dolğun bildirir. Dünənki görüş də pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və s. aktual məsələlər ətrafında keçdi. Ötən görüşdə qaldırılan məsələnin aqibəti ilə maraqlandım. Söhbət işçilərin istənilən bankdan əməkhaqqı kartı ala bilməsi imkanından gedir. Taleh müəllim bildirdi ki, bu istiqamətdə iş gedir və ilin sonuna nəticə gözlənilir".
İqtisadçı Pərviz Heydərov da görüşün ənənə halını aldığını deyib:
(2).jpg)
"İkinci dəfə idi ki, görüşdə iştirak edirdim. Əvvəlki görüşlərə dəvət olunsam da, iştirak edə bilməmişdim. Taleh Kazımovun təşəbbüsü ilə keçirilən bu görüşlərin çox böyük faydası var. Yaxşı olardı ki, ölkə iqtisadiyyatına cavabdeh olan digər strukturların rəhbərləri də Taleh Kazımovun bu təşəbbüsündən nümunə götürsünlər".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də görüşdə iştirak edib. Onun sözlərinə görə, görüşdə hər bir iştirakçıya suallarla müraciət etmək, diskussiyada iştirak etmək imkanı yaradılıb:
"Görüşdə diqqət yetirdiyim əsas məqamlar rəqəmsal bankçılıq, kriptovalyuta və vençur bazarının tənzimlənməsi, virtual aktivlər haqqında və vençur maliyyələşmə haqqında qanun layihələrinin vəziyyəti, bank sektorunda təhlükəsizlik, bank kartları ilə olan fırıldaqçılıq, onlayn kreditin əldə edilməsinin tənzimlənməsi, bank sektorunda çalışan xarici vətəndaşların dataya giriş imkanlarının məhdudlaşdırılması və s. istiqamətlərdə olub. Düşünürəm ki, Mərkəzi Bankın zaman-zaman bu formatda görüşlər keçirməsi, maraqlı tərəflər üçün kommunikasiya imkanları yaratması, alternativ fikirlərə hörmətlə yanaşılması çox təqdirəlayiqdir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.