AZ

“Starlink” peyk rabitə sistemindəki nasazlığın səbəbi açıqlanıb

“Starlink” peyk rabitə sistemindəki nasazlıq proqram təminatı ilə bağlıdır.

“Report” xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Maykl Nikols məlumat verib.

Onun sözlərinə görə, nasazlıq təxminən 2,5 saat davam edib və “Starlink”in işi hazırda böyük ölçüdə bərpa olunub.

Bundan əvvəl bəzi ölkələrdə istifadəçilər “Starlink”də problemlərdən şikayətləniblər. “Downdetector” xidmətinin məlumatına görə, problem bildirən istifadəçilərin 60%-i internetin nasazlığını qeyd edib, 40%-i isə əlaqənin tamamilə kəsilməsindən şikayətlənib.

ABŞ-da təxminən 63 min istifadəçi “Starlink”də problem olduğunu bildirib. Nasazlıq Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliyada da qeydə alınıb.

Seçilən
48
report.az

1Mənbələr