“Mançester Yunayted” “Aston Villa”nın hücumçusu Olli Uotkins üçün 60 milyon funt sterlinq dəyərindəki qiyməti çox yüksək hesab edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qiymət aşağı salındığı təqdirdə, müzakirələrə davam etməyə hazırdır.
“Aston Villa” isə hələlik Uotkinsin yerinə keçəcək futbolçu tapmadığı müddətdə, bu tələbi azaltmağı planlaşdırmır.
29 yaşlı forvard 2024/25 mövsümündə Premyer Liqada 38 oyunda 16 qol vurub və 8 məhsuldar ötürmə verib.