AZ

Konfrans Liqası: Azərbaycanlı futbolçular üçün qələbə günü

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində daha 43 qarşılaşma baş tutub.

Azərbaycanlı futbolçu Zamiq Əliyev Konfrans Liqasında qələbə sevinci yaşayıb. Onun çıxış etdiyi “Eqnatiya” (Albaniya) səfərdə Minsk “Dinamo”suna qalib gəlib. Ev oyunlarını Macarıstanda keçirən Belarus təmsilçisi öz qapısından 2 cavabsız top buraxıb. Start heyətində yer almış Zamiq görüşün 78-ci dəqiqəsində əvəz olunub.

Xatırladaq ki, Albaniya çempionu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Breydablik”ə uduzmuşdu – 1:0, 0:5.

Azərbaycan yığmasının digər futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın “Arda” komandası da Finlandiya klubu HJK ilə qarşılaşıb. Cəlalın start heyətində meydana çıxıb və sonadək meydanda olduğu qarşılaşmada hesab açılmayıb.

Rüfət Abdullazadənin yenicə müqavilə imzaladığı Xorvatiya “Varajdin”i də Konfrans Liqasında qələbə sevinci yaşayıb. Sözügedən komanda doğma meydanda Portuqaliyanın “Santa Klara” kollektivini 2:1 hesabıyla üstələyib. Rüfət bu görüşün iştirakçısı olmayıb.

Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri olan “Omoniya” (Kipr) və “Torpedo” (Gürcüstan) komandaları da üz-üzə gəliblər. Kiprdə keçirilmiş oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Stevan Yovetiç vurub.

“Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri olan “Atletik Eskaldes” (Andorra) və “Dinamo Siti” (Albaniya) də ilk oyunlarına çıxıblar. Bu matçda qonaq qismində çıxış etmiş Albaniya təmsilçisi 2:1 hesabı ilə qələbə qazanmağı bacarıb.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri gələn həftə keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul

Atletik Eskaldes (Andorra) – Dinamo (Tirana, Albaniya) 1:2
Astana (Qazaxıstan) – Zimbru (Moldova) 1:1
Payde (Estoniya) – AİK (İsveç) 0:2
Aktobe (Qazaxıstan) – Sparta (Praqa, Çexiya) 2:1
Ararat (Ermənistan) – Universitatya (Kluj, Rumıniya) 0:0
Araz-Naxçıvan (Azərbaycan) – Aris (Yunanıstan) 2:1
Arda (Bolqarıstan) – HJK (Finlandiya) 0:0
Aris (Kipr) – Puşkaş Akademiya (Macarıstan) 3:2
Hibernians (Malta) – Spartak (Trnava, Slovakiya) 1:2
İlves (Finlandiya) – Alkmar (Niderland) 4:3
Kauno (Litva) – Valyur (İslandiya) 1:1
Pünik (Ermənistan) – Qyor (Macarıstan) 2:1
Rusenborq (Norveç) – Banqa (Litva) 5:0
Sent Cozefs (Cəbəllüttariq) – Şemrok Rovers (İrlandiya) 0:4
Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya) 0:0
Çerno More (Bolqarıstan) – Başakşəhər (Türkiyə) 0:1
Hammarbü (İsveç) – Şarlerua (Belçika) 0:0
Novi Pazar (Serbiya) – Yagelloniya (Polşa) 1:2
Aleksandriya (Ukrayna) – Partizan (Serbiya) 0:2
Omoniya (Kipr) – Torpedo (Kutaisi, Gürcüstan) 1:0
Petrokub (Moldova) – Sabah (Azərbaycan) 0:2
Polesye (Ukrayna) – Santa Koloma (Andorra) 1:2
Riqa (Latviya) – Dila (Qori, Gürcüstan) 2:1
Vikinq (Norveç) – Koper (Sloveniya) 7:0
Vaduts (Lixtenşteyn) – Dunqannon (Şimali İrlandiya) 0:1
AEK (Afina, Yunanıstan) – Hapoel (Beer-Şeva, İsrail) – 1::0
Koşitse (Slovakiya) – Neman (Belarus) 2:3
Paks (Macarıstan) – Maribor (Slovakiya) 1:0
Radniçki (Serbiya) – Klaksvik (Farer adaları) 0:0
Varajdin (Xorvatiya) – Santa Klara (Portuqaliya) 2:1
Jodino (Belarus) – Makkabi (Hayfa, İsrail) 1:1
Austriya (Avstriya) – Spaeri (Gürcüstan) 2:0
Sutyeska (Monteneqro) – Beytar (İsrail) 1:2
Vardar (Şimali Makedoniya) – Lozanna (İsveçrə) 2:1
Vlajniya (Albaniya) – Vikinqur (İslandiya) 2:1
Dinamo (Minsk, Belarus) – Eqnatiya (Albaniya) 0:2
Dandi Yunayted (Şotlandiya) – Stassen (Lüksemburq) 1:0
Torshavn (Farer adaları) – Bröndbü (Danimarka) 1:1
Sent Patriks (İrlandiya) – Nomme Kalyu (Estoniya) 1:0
Deçiç (Monteneqro) – Rapid (Avstriya) 0:2
Sarayevo (Bosniya və Herseqovina) – Universitatya (Krayova, Rumıniya) 2:1
Larne (Şimali İrlandiya) – Priştina (Kosovo) 0:0
Rakov (Polşa) – Jilina (Slovakiya) 3:0

Seçilən
95
4
arena.az

5Mənbələr