AZ

"Zədəli futbolçular qayıdandan sonra daha yaxşı olacaq" - Elmar Baxşıyev

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan” “Aris” üzərində qələbə qazanıb - 2:1

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin sualını cavablandırıb.

– Maraqlı, dinamik oyun oldu. Yaxşı təşkilatlanmış rəqibə qarşı oynadıq. Komanda olaraq yaxşı oynadıq. Qələbəyə layiq idik.

– Rəqib bir neçə dəfə bildirib ki, cavab oyunu fərqli olacaq. B variantına hazırsız?
– Biz özümüzə fikir veririk. Zədəli futbolçular qayıdandan sonra daha yaxşı olacaq.

– Qaçırılan epizodlar hazırlığın səviyyəsi ilə bağlıydı, yoxsa həyəcanla?
– Futbol emosiya oyunudu. Onların o epizodlara girməsi alqışlanmalıdı. Komandamdan razı qaldım.

– Nunonun meydana daxil olmasını əvvəlcədən düşünmüşdüz, yoxsa zərurətdən oldu?
– Siz komandani indi görürsüz, biz isə təlim-məşq toplanışlarında oyundan oyuna xarakter formalaşdırırıq.

– Hakimliyi necə dəyərləndirirsiz?
– Hakimlikdən danışmaq istəmirəm.

– Sizin üçün daha çox qələbə vacibdi, yoxsa oyun?
– Mənə görə daha çox qələbə yox, oyun vacibdi. Futbolçularım özünə inamlıydı. Onları qələbə münasibəti ilə təbrik edirəm.

– Cavab oyununda azarkeş amili çətinlik yarada bilərmi?
– Futbolçularımın çoxunun avrokubok təcrübəsi var. Onların soyuqqanlılığına inanıram.

– “Araz-Naxçıvan” çempionatda çempionluq uğrunda mübarizə apara bilər?
- Çempionata hələ var. Bu haqda düşünmürük.

Seçilən
93
football-plus.az

1Mənbələr