Bakı. Trend:
ABŞ Moskva və Kiyevi hərtərəfli atəşkəs və sülh yolu ilənizamlanma üçün birbaşa danışıqları davam etdirməyə çağırıb.
Trend “Fox News”aistinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuatkatibinin müavini Tommi Piqott keçirdiyi növbəti brifinqdədeyib.
Piqott qeyd edib ki, ABŞ iki tərəf arasında üçüncü danışıqlarraundunun keçirilməsindən xəbərdardır və tam və qeyd-şərtsizatəşkəs üçün davam edən çağırışları dəstəkləyir.
O, həmçinin bildirib ki, Vaşinqton Rusiya və Ukraynanın məhbusmübadiləsinə, xüsusilə ağır xəstə və yaralıların dəyişdirilməsinədair əldə olunan razılığı alqışlayır.