AZ

Lukaşenko: Hər ehtimala qarşı hazırlıqlar davam edir

Belarus prezidenti Aleksandr Lukaşenko müharibəyə girmək istəmədiyini bildirib, lakin ölkədə “hər ehtimala qarşı” mümkün silahlı qarşıdurmaya hazırlıqların aparıldığını qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Pul Pervoqo ” adlı Telegram kanalı məlumat yayıb.

Minsk vilayətinin Smoleviçi rayonuna işgüzar səfəri zamanı — taxıl yığımına nəzarət edərkən — Lukaşenko jurnalist xanımlara belə xəbərdarlıq edib: “Qızlar, hazır olun. Müharibə başlasa, heç olmasa gedib buğda biçəcəksiniz.”

Jurnalistlər sülhə ümid etdiklərini bildiriblər. Lukaşenko isə cavabında özü də sülhə ümid etdiyini, lakin ehtimal olunan hərbi hərəkətlərə hazırlığın vacibliyini vurğulayıb.

Seçilən
14
nocomment.az

1Mənbələr