Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda təlim keçirir.
Publika.az xəbər verir ki, FHN və “Bakı Metropoliteni” QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 25 iyul 2025-ci il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.