Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” komandası Ukrayna “Şaxtyor”una uduzub.
Portuqaliyanın “Braqa” klubu Bolqarıstanda “Levski” ilə heç-heçə edib – 0:0. Bu cütün məğlubu Konfrans Liqasının III təsnifat mərhələsində “Petrokub” – “Sabah” duelinin güclüsü ilə qarşılaşacaq. Komandaların ilk görüşü Azərbaycan klubunun qələbəsiylə başa çatıb – 2:0.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
Ostrava (Çexiya) – Legiya (Polşa) 2:2
Şerif (Moldova) – Utrext (Niderland) 1:3
Levski (Bolqarıstan) – Braqa (Portuqaliya) 0:0
Midtyulland (Danimarka) – Hibernian (Şotlandiya) 1:1
Anderlext (Belçika) – Hekken (İsveç) 1:0
Beşiktaş (Türkiyə) – Şaxtyor (Ukrayna) 2:4
Çelye (Sloveniya) -AEK (Kipr) 1:1
Luqano (İsveçrə) – ÇFR (Rumıniya) 0:0