Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 qarşılaşma baş tutub.
Günün azərbaycanlı azarkeşlər üçün maraqlı oyunu Türkiyədə baş tutub. İstanbulda “Beşiktaş” sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”unu qəbul edib. Məhsuldar keçən qarşılaşmada qapılara 6 qol vurulub. Ukrayna təmsilçisi 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq yolunda önəmli addım atıb.
Avroliqanın ilk təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi “Sabah”ı mübarizədən kənarlaşdırmış Sloveniyanın “Çelye” komandası öz meydanında AEK-in (Kipr) müqavimətini qıra bilməyib.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul
Banik (Çexiya) – Legiya (Polşa) 2:2
Şerif (Moldova) – Utrext (Niderland) 1:3
Levski (Bolqarıstan) – Braqa (Portuqaliya) 0:0
Midtyulland (Danimarka) – Hibernian (Şotlandiya) 1:1
Anderlext (Belçika) – Hakken (İsveç) 1:0
Beşiktaş (Türkiyə) – Şaxtyor (Donetsk, Ukrayn) 2:4
Çelye (Sloveniya) – AEK (Kipr) 1:1
Luqano (İsveçrə) – ÇFR Kluj (Rumıniya) 0:0