BAKI, 25 iyul. TELEQRAF
Braziliya lideri Luis İnasiu Lula da Silva bildirib ki, ABŞ Prezidenti Donald Tramp onuna danışmaq istəmir.
Teleqraf xəbər verir ki, problem Braziliya mallarının idxalına 50 faizlik gömrük rüsumunun mümkün tətbiqi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra yaranıb.
D.Tramp braziliyalı həmkarı ilə “danışmaq istəmədiyini” bildirib.
Bu barədə Reuters xəbər verir.
Braziliyalı siyasətçi vurğulayıb: "Tramp danışmaq istəmir, əks halda mənə zəng edərdi".
Qeyd edək ki, D.Trampın avqustun 1-dən Braziliya məhsullarına 50 faiz rüsum tətbiq edilməsi ilə bağlı bəyanatına cavab olaraq Braziliya prezidenti Lula da Silva iqtisadi qarşılıqlılıq haqqında qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.