AZ

Avropa Liqası: “Beşiktaş” Arda Turanın komandasına uduzub

Bakı, 25 iyul, AZƏRTAC

UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” bu raundda Arda Turanın başçılıq etdiyi Ukraynanın “Şaxtyor” klubunu qəbul edib.

İstanbulda təşkil olunan görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.

Seçilən
17
9
azertag.az

10Mənbələr