AZ

Fransadan kritik Fələstin qərarı

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanımaq qərarına gəldiyini açıqlayıb. Editor.az xəbər verir ki, Makron bu barədə rəsmi bəyanatın sentyabr ayında BMT Baş Assambleyasında səsləndiriləcəyini bildirib.

“Yaxın Şərqdə ədalətli və davamlı sülhə yönəlmiş uzunmüddətli öhdəliyimiz çərçivəsində Fələstini müstəqil dövlət kimi tanımaq qərarı verdim,” – deyə Makron vurğulayıb.

Fransanın bu addımı beynəlxalq miqyasda ciddi əks-səda doğura bilər.

Qeyd edək ki, bu qərar xüsusilə İsrail-Fələstin münaqişəsi fonunda böyük önəm daşıyır və Parisin Yaxın Şərq siyasətində yeni mərhələyə keçidini göstərir.

//Samir Qurbanov, Editor.az

Seçilən
80
editor.az

1Mənbələr