AZ

“Sabah” Moldovadan qələbə ilə qayıdır - VİDEO

"Sabah" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Moldovada "Petrokub"un qonağı olub.

Uzun müddət hesabı aça bilməyən "Sabah" 82-ci dəqiqədə istəyinə çatıb. Kapitan Pavol Safranko fərqlənib.

Son dəqiqədə daha bir qol vuran təmsilçimiz Bakıya böyük üstünlüklə dönür.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) - 0:2

Qollar: Pavol Safranko, 82. Kahim Parris, 90

Baş hakim: Qal Leyboviç (İsrail)

"Petrokub":

1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66.İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan

Baş məşqçi: Şota Maxaradze

"Sabah":

92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas

Kişineu, "Zimbru" stadionu

Qeyd edək ki, cavab matçı iyulun 31-də keçiriləcək.




Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
31
1
bizim.media

10Mənbələr