BAKI, 25 iyul. TELEQRAF
“Şaxtyor” Avropa Liqasının (AL) II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Beşiktaş"ı 4:2 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, Ukrayna klubunun heyətində braziliyalılar - Alison (7-ci dəqiqə), Eqinaldo (28) və Kevin (67, 90+6) fəqləniblər.
Meydan sahiblərinin qollarını Temmi Abraham (40, penalti) və Joao Mariu (87) vurub.
Qeyd edək ki, “Şaxtyor”un baş məşqçisi türkiyəli Arda Turandır. Komandalar arasında cavab oyunu iyulun 31-də Krakovda (Polşa) neytral meydançada keçiriləcək.