UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsi start götürüb.
Offsideplus.az xəbər verir ki, bu mərhələnin birinci oyunları çərçivəsində 8 matç keçirilib.
Günün ən prinsipial görüşü İstanbulda yerli "Beşiktaş"la türk məşqçi Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor" arasında baş tutub. Ukrayna klubu səfərdə qələbə qazanaraq cavab görüşü ərəfəsində böyük üstünlük əldə edib.
Təkrar oyunlar gələn həftə olacaq.
UEFA Avropa Liqası, ikinci təsnifat mərhələsi
Birinci oyunlar
"Ostrava" (Çexiya) - "Legiya" (Polşa) 2:2
"Şerif" (Moldova) - "Utrext" (Niderland) 1:3
"Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) 0:0 ("Sabah" Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə adlasa, bu cütün məğlubu ilə görüşəcək)
"Midtyülland" (Danimarka) - "Hibernian" (Şotlandiya) 1:1
"Anderlext" (Belçika) - "Hakken" (İsveç) 1:0
"Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:4
"Çelye" (Sloveniya) - AEK (Larnaka, Kipr) 1:1
"Luqano" (İsveçrə) - ÇFR (Kluj, Rumıniya) 0:0