Bakı. Trend:
İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəliaçılış mərasimi olub.
Trend xəbər verirki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına BakıMusiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən festivaldahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cıildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitarsiyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsininmüdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru AnarƏləkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi çəxslər,tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirakedib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalqartisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərəkölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq MusiqiFestivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunubildirib. Qeyd olunub ki, 2009-cu ildən keçirilən Qəbələ BeynəlxalqMusiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlifsimalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmliünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərintəntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləriaşan mənəvi dəyərlərin təcəssümüdür.
Festivalın bədii rəhbəri bildirib ki, bu il dahi bəstəkar ÜzeyirHacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. Məhzbundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı ÜzeyirHacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilməkməsuliyyətini öz üzərinə götürüb.
Daha sonra söz musiqiyə verilib. Festivalın açılış mərasimindəizləyicilərə maraqlı proqram təqdim olunub. Həmin axşam ÜzeyirHacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsertproqramı ilə yadda qalıb.
Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin bədiirəhbəri olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri vəFikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı vəRəqs Ansamblının Xor qrupu festivalı Üzeyir bəyin “Cəngi” əsəri iləaçıb.
Musiqi tariximizin inciləri ilə dolu axşamda tanınmışbəstəkarlarların seçilmış əsərləri səslənib. İzləyicilər SəidRüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, PoladBülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov,Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarlarınəsərlərini, eləcə də xalq mahnılarını dinləyiblər.
Festival iyulun 29-dək davam edəcək. Bu günlərdə Qəbələ müxtəlifölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqikollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.Azərbaycanla yanaşı, Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri özrəngarəng çıxışları ilə məharətlərini bir daha nümayişetdirəcəklər. Festival çərçivəsində klassik musiqidən muğama,cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq. Festivalgünlərindəki konsert proqramlarına giriş sərbəstdir.