Avropa Liqasının II təsnifat mərhələsində "Beşiktaş" "Şaxtyor"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, Arda Turanın çalışdırdığı Donetsk təmsilçisi inamlı qələbə qazanıb - 4:2.
Onların heyətində Kevin (2), Alisson və Eqinaldo fərqlənib. "Beşiktaş"ın qollarını isə yeni transfer Temmi Abraham və Joao Mario vurub.
Cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.