Rusiya öz ölkəsində, Azərbaycanın dostları sayılan, müəyyən vəzifələrdə çalışan, insanları tutduğu vəzifələrdən azad edir. Heç şübhəsiz ki, Rusiyanın bu addımı da siyasi xarakter daşıyır və bunu Azərbaycana qarşı növbəti təzyiq mexanizmi kimi də qəbul etmək lazımdır. Rusiya kütləvi informasiya vasitələrinin, Azərbaycana qarşı kin və nifrət dolu təbliğat kampaniyaları fonunda, Rusiyada yaşayan millətimizin nümayəndələrinə qarşı keçirilən xüsusi təyinatlı əməliyyatlar və bu əməliyyatlar çərçivəsində azərbaycanlı olduqlarından dolayı məruz qaldıqları təzyiqlər, Rusiyada qanunun aliliyi və insan haqları və hüquqlarının qorunması və müdafiəsi ilə bağlı problemlərin olduğunu ortaya çıxır və bu istiqamətdə,bu ölkədə işlər düzgün qurulmayıb, demək olar.Hesab edirəm ki, bu gün Azərbaycana qarşı həyata keçirilən bu qanunsuzluqlar ,ayrıseçkilik və ikili standartlar sabah istənilən xalqın və millətin nümayəndələrinin başına gətirilə bilər. Həmçinin bu zərərli addımlar rus xalqını da dünya xalqları və dovlətləri qarşısında çətin duruma salan amillərdən hesab edirəm.
Çingiz Şahbazi, siyasi ekspert