AZ

Gümrüdə Rusiya hərbçisinin meyiti tapılıb


İyulun 24-də axşam saatlarında Ermənistanın Gümrü şəhərinin Muş-2 məhəlləsində, Bulvarayın 1-ci xiyabanı adlanan ərazidə tikintisi başa çatmamış binanın yaxınlığında kişi meyiti aşkarlanıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat saat 20:30 radələrində hüquq-mühafizə orqanlarına daxil olub. Əraziyə gələn polis və patrul xidmətinin əməkdaşları meyitin qollarında bıçaq xəsarətləri aşkar ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, meyit Rusiya Federasiyasının vətəndaşı, 24 yaşlı K. Antonenkoya məxsusdur. O, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasında xidmət edirmiş.
Hadisənin təfərrüatları və motivi hələ ki, açıqlanmır. Faktla bağlı istintaq aparılır.
Rusiya hərbçisinin ölümü ilə bağlı Ermənistan və Rusiya tərəfi rəsmi mövqe bildirməyib.
Seçilən
14
6
yeniavaz.com

7Mənbələr