AZ

Elxan Məmmədov Bakıda - "Tələsirəm"

BAKI. 24 iyul. TELEQRAF

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Bakıya gəlib.

Teleqraf xəbər verir ki, hazırda FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində çalışan E.Məmmədov "Araz-Naxçıvan"ın evdə Yunanıstan "Aris"inə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu "Dalğa Arena"da canlı izləyib.

Qarşılaşmanın ardından o, jurnalistlərlə görüşsə də, müsahibə istəyini "Tələsirəm" deyərək, geri çevirib.

Seçilən
70
2
teleqraf.com

3Mənbələr