Rusiya Dövlət İnformasiya Agentliyinin (TASS) birinci baş direktor müavini, yəhudi əsilli Bakılı jurnalist Mixail Qusman vəzifəsindən azad olunub.
O, uzun illər ərzində agentliyin əsas simalarından biri kimi çıxış edib və Rusiya mediasında nüfuzlu fiqur hesab olunub.
Mixail Qusman sonuncu dəfə Azərbaycanda keçirilən Şuşa Qlobal Media Forumunda iştirak etmişdi. Forum çərçivəsində çıxış edən Qusman Prezident İlham Əliyevin siyasətini yüksək qiymətləndirmişdi.
Qusmanın vəzifədən azad olunması rəsmi olaraq əsaslandırılmasa da, bəzi analitiklər onun Azərbaycanla bağlı müsbət çıxışlarının və regional forumlarda fəallığının bu qərarda rol oynamış ola biləcəyini istisna etmir.
Xatırladaq ki, Mixail Qusmanın Azərbaycanla yaxşı əlaqələri var. O, vaxtaşırı Bakıda təşkil olunan tədbirlərdə iştirak edir. İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda panel müzkirələrdə iştirak edib. İyulun 19-21 tarixlərində III Şuşa Qlobal Media Forumuna qatılıb. Orada Prezident İlham Əliyevə sual verib və Azərbaycan lideri haqda müsbət fikirlər səsləndirib.
Görünür, Rusiya rəhbərliyi Azərbaycanla hazırkı gərgin münasibətlərdə TASS İnformasiya Agentliyinin direktor müavininin Bakıya belə isti münasibətinə dözüm göstərə bilməyib. Qusmanı buna görə cəzalandırmış ola bilər. Mixail Qusmanın bu hadisəyə münasibətinin necə olacağı maraqlıdır. Köhnə bakılı olan tanınmış jurnalist Azərbaycana köçüb, burda fəaliyyətini davam etdirə bilərmi?/Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta