AZ

Elmar Baxşıyev möhtəşəm qələbəni belə şərh etdi

Komandam əla iş gördü.

Axar.az xəbər verir ki, bu sözləri “Araz- Naxçıvan” komandasının baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Qol buraxsaq da, onlar bizi tək qoymadı. Sonadək dəstəklədi. Futbolçularımla qürur duyuram. Əla oyun nümayiş etdirdik. Günü-gündən daha da yaxşı oluruq. Bu matçı unudub, cavab görüşünə hazırlaşacağıq. Xarakterimizi qorumaq istəyirik. Rəqib də güclüdür”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq.

Seçilən
49
7
axar.az

9Mənbələr