"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.
Publika.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.
"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.