Azərbaycan təmsilçisi “Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.
İdmanxeber xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan “Aris”i ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş təmsilçimizin qələbəsilə başa çatıb – 2:1.
Günün digər oyununda “Sabah” səfərdə Moldova “Petrokub”u ilə üz-üzə gəlib. Görüş Azərbaycan klubunun qələbəsilə başa çatıb – 2:0.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) 2:1
Qollar: Loren Moron, 66 (0:1), Felipe Santos, 75 (1:1), Patrik Andrade, 78 (2:1)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
“Dalğa Arena”
21:00. “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan) 0:2
Qol: Pavol Şafranko, 82 (0:1). K, Parris 90, (0:2)
Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)
“Zimbru” stadionu