Azərbaycan Kubokunun qalibi "Sabah" bu gün UEFA Konfrans Liqasında mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Moldovada yerli "Petrokub"la qarşılaşır.

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubuna uduzaraq (2:3; 3:3) Konfrans Liqasına düşüb.

Valdas Dambrauskasın yetirmələri səfərdən sərfəli hesabla qayıtmaq niyyətindədirlər.

UEFA Konfrans Liqası, ikinci təsnifat mərhələsi

Birinci oyun

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) 0:2 (ikinci hissə)

Pavol Şafranko, 82; Kahim Parris, 90

Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

"Zimbru" stadionu, Kişinyov

Heyətlər:

"Petrokub": 1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan

Baş məşqçi: Şota Maxaradze

"Sabah": 92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas