AZ

Zalujnı: NATO növbəti müharibəyə hazırlıqda fundamental səhv edir

NATO ölkələri ordularını müasir silahlarla təchiz etsələr də, bu, gələcək müharibələrə real hazırlıq üçün yetərli deyil. Bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeriy Zalujnı “Levyiy Bereq” nəşrinə müsahibəsində bildirib.

Zalujnının sözlərinə görə, alyans ölkələri hərbi doktrinalarını yenidən nəzərdən keçirmək əvəzinə, sadəcə silahlanmanı modernləşdirməklə kifayətlənirlər. Lakin bu yanaşma yeni texnologiyaların tətbiqini və döyüş taktikalarını əhatə etmir.

“NATO ölkələrində hesab edirlər ki, bu yenidən silahlanma sehrli çubuq kimi onları istənilən anda xilas edə bilər. Amma mən deyirəm: yox. Çünki yeni silahlar – yeni tətbiq taktikası, yeni döyüş formaları, yeni struktur və nəticədə – yeni doktrina tələb edir. Bu isə yeni hazırlıq sistemi və maliyyələşmə deməkdir. Hər bir NATO ölkəsi üçün bu proses təxminən beş il çəkə bilər”, – deyə Zalujnı bildirib.

O qeyd edib ki, hazırda NATO-nun mövcud hərbi doktrinası müasir döyüş meydanında istifadə edilən texnologiyalarla uyğun gəlmir. Bu isə təşkilatın potensial münaqişələrə hazırlıq səviyyəsini sual altına alır.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
editor.az

1Mənbələr