AZ

“Reuters”: Suriya prezidentin qardaşının nəzarəti ilə gizli şəkildə islahatlar aparır

Suriya prezidentin qardaşının nəzarəti altında gizli şəkildə iqtisadiyyatda islahatlar aparır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” eksklüziv məqaləsində yazıb.

İllərlə davam edən müharibədən sonra Suriya sakitcə iqtisadi islahatlar həyata keçirməyə başlayıb.

Nəşr bildirir ki, yeni prezidentin böyük qardaşı Hazem əl-Şaraa bu prosesdə əsas rol oynayır və iqtisadiyyatın restrukturizasiyasına cavabdeh olan xüsusi komitəyə rəhbərlik edir.

Komitəyə həmçinin nüfuzlu “Həyat Təhrir əş-Şam” qruplaşmasının keçmiş üzvü, “Əbu Məryəm” kimi tanınan Livan əsilli Avstraliya vətəndaşı Abraham Sukraye də daxildir.

Nəşrin məlumatına görə, komitə əvvəlki rejimlə əlaqəli olan keçmiş iş adamları ilə qeyri-şəffaf sövdələşmələr vasitəsilə artıq 1,6 milyard dollardan artıq aktivlər əldə edib.

Məqalədə qeyd edilir ki, “komitə keçmiş aktiv sahiblərini təqib etmək əvəzinə onlara maliyyə və əməkdaşlıq müqabilində sövdələşmələr – biznesdə iştirak payı və ya digər güzəştlər təklif edir”.

Komitənin işi rəsmi dövlət strukturlarından kənarda baş verir və hakimiyyət seçilməmiş şəxslərin əlində cəmləşərək yeni oliqarxiyanın formalaşması ilə bağlı narahatlıq yaradır.

İslahatlar Suriyanın qlobal iqtisadiyyata yenidən inteqrasiya etməyə və ölkənin yenidən qurulmasına kömək edə biləcək xarici investisiyaları cəlb etməyə çalışdığı bir vaxta təsadüf edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr