AZ

“Yuventus” “Portu”nun müdafiəçisi ilə gücləndi

İtaliyanın “Yuventus” klubu sağ cinah müdafiəçisi Joau Mariunun transferini tamamlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  25 yaşlı futbolçu ilə 30 iyun 2030-cu ilədək müddəti əhatə edən uzunmüddətli müqavilə imzalanıb.

Joau Mariu 2008-ci ildən etibarən “Portu” klubunun akademiyasından əsas komandaya qədər bütün mərhələləri keçib. Ötən mövsüm portuqaliyalı müdafiəçi 42 oyunda meydana çıxaraq 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir. 

Seçilən
61
90deqiqe.az

1Mənbələr